IMG-LOGO

Əli Əsədov TDT-nin Baş katibi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib

01 Apr 2026 18:43 2 baxış
IMG

Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 1-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb.

Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib.

Qeyd edilib ki, görüşdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub, təşkilatın çoxtərəfli platforma qismində artan rolu vurğulanıb.

Təşkilata üzv dövlətlər arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığın son illər ərzində əhəmiyyətli dərəcədə genişləndiyi qeyd edilib.

Görüşdə Azərbaycanın TDT-yə sədrliyi dövründə əməkdaşlığın daha da inkişaf etdirilməsi, təşkilatın beynəlxalq nüfuzunun artırılması istiqamətində səylərin davam etdiriləcəyi bildirilib.

Xəbər lenti