IMG-LOGO

Paşinyan: Ermənistan-Azərbaycan sülh nizamlanması Rusiya ilə münasibətlərə də müsbət təsir göstərib

01 Apr 2026 18:54 2 baxış
IMG

Ermənistanın Baş naziri Nikol Paşinyan Moskva ilə münasibətlərin İrəvan üçün vacib olduğunu bəyan edib.

"Report" xəbər verir ki, o bunu Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.

"Azərbaycanla sülh İrəvan-Moskva münasibətlərinə müsbət təsir göstərir", - Paşinyan vurğulayıb.

O, həmçinin Ermənistanın tezliklə Azərbaycan vasitəsilə Rusiyaya mal ixrac edəcəyinə ümidvar olduğunu bildirib.

"Azərbaycan ərazisindən dəmir yolu daşımaları Ermənistanla Rusiya arasında iqtisadi münasibətlərin inkişafına kömək edir", - Paşinyan qeyd edib.

Xəbər lenti