IMG-LOGO

İranın Kirmanşah şəhəri raket hücumuna məruz qalıb, ölənlər var

31 Mar 2026 19:24 3 baxış
IMG

ABŞ və İsrail ordusunun İranın Kirmanşah vilayətində yaşayış məntəqəsinə raket hücumu nəticəsində 3 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.

"Kirmanşahın Şəriəti məhəlləsindəki yaşayış ərazisinə edilən raket hücumunda 3 nəfər həlak olub",- məlumatda bildirilib və əlavə edilib ki, dağıntılar altından iki nəfər sağ çıxarılıb.

Qeyd olunub ki, 9 fərdi yaşayış evi dağılıb, 30-a yaxın mənzil zədələnib.

Xəbər lenti