IMG-LOGO

ABŞ müharibə naziri İrandan razılaşmanı qəbul etməyə çağırıb: Tramp blef etmir

31 Mar 2026 16:27 6 baxış
IMG

ABŞ-nin müharibə naziri Pit Heqset bildirib ki, İran ABŞ ilə razılaşmanı qəbul etməlidir, əks halda onların daha intensiv zərbələri ilə üzləşəcək.

"Report" xəbər verir ki, o, bu barədə jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

"Prezident (ABŞ Prezidenti Donald Tramp) blef etmir və geri çəkilmir. Siz bunu Müctəba Xameneidən (İranın ali lideri – red.) soruşa bilərsiniz. İranın yeni rəhbərliyi bunu artıq anlamalıdır. Bu yeni rejim əvvəlkindən daha ağıllı olmalıdır", - Heqset qeyd edib.

O həmçinin vurğulayıb ki, ABŞ razılaşmaya hazırdır, lakin Tehran bundan imtina edərsə, təzyiqlər daha da güclənəcək.

"Prezident Tramp razılaşma bağlamağa hazırdır - o bu məsələyə açıqdır. Razılaşmanın şərtləri onlara məlumdur. Əgər İran hazır deyilsə, ABŞ hərbi qurumu daha da intensiv şəkildə fəaliyyətini davam etdirəcək", - nazir əlavə edib.

Xəbər lenti