IMG-LOGO

Latviya Ukraynaya 6,8 milyon avro həcmində yardım paketi təqdim edəcək

30 Mar 2026 14:17 4 baxış
IMG

Latviya hökuməti Ukraynaya 6,8 milyon avro həcmində yeni yardım paketinin təqdim edilməsi barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje sosial şəbəkələrdə məlumat verib.

"6,8 milyon avro həcmində bu yardım paketi Ukraynanın enerji şəbəkəsinin, sığınacaqların, infrastrukturun, sosial və vətəndaş davamlılığının gücləndirilməsinə, həmçinin dronların istifadəsi sahəsində potensialın artırılmasına töhfə verəcək", - o qeyd edib.

Xəbər lenti