Abşeron Ticarət Mərkəzi (TM) Bakıda və Abşeron yarımadasında aramsız yağışların törətdiyi fəsadların aradan qaldırılmasında sahibkarlara dəstək verir.
Son günlər yağan yağış ticarət mərkəzinin yerləşdiyi ərazidə bir neçə mağazaya giriş imkanlarını məhdudlaşdırıb, alış-verişə maneə yaradıb. Bu fəsadlardan bəzi sahibkarlar zərər çəkib.
"Yaranmış vəziyyətin bizdən asılı olmayan səbəblərdən baş verməsinə baxmayaraq, Abşeron TM dəymiş zərərin qarşılanmasında, fəsadların aradan qaldırılmasında sahibkarlara dəstək göstərir," – Abşeron TM-in marketinq şöbəsinin rəhbəri Erhan Topkaya belə bildirib. Hazırda sığortalı obyekt sahiblərinə sığorta predmeti üzrə ödənişlərin təmin edilməsi üzərində işlərə başlanılıb.
Abşeron TM sahibkarlar üçün sığortalanmış biznesi təmin edir. Ərazidə yerləşən bütün mağaza və anbarları TM tam şəkildə sığortalayır.