IMG-LOGO

Sərvətlərinə inanmayacaqsınız -  Türkiyənin milyonçu aktyorları

29.02.2024 20:15 31 baxış
IMG

Baş rol aldığı hər serial və çəkildiyi reklam çarxları ilə gündəmdə olan, maaşları çox danışılan Türkiyənin 5 ən varlı aktyorunun adı açıqlanıb.

Lent.az Türkiyə mediasına istinadən ən varlı aktyorların siyahısını təqdim edir.

Son olaraq Kıvanç Tatlıtuğla baş rolu paylaşdığı “Ailə” serialında “Devin” obrazı ilə adından söz etdirən Serenay Sarıkaya siyahıya beşinci sırada daxil olub. Sarıkayanın sərvəti düz 6 milyon dollardır.

Siyahıda dördüncü yerdə son zamanlar şəxsi həyatı və aktyorluğu ilə gündəm olan Hande Erçel qərarlaşıb. Hande Erçelin sərvəti 8 milyon dollardır.

Üçüncü yerdə Can Yamanın adı gəlir. Son zamanlar jurnalistlərlə polemikaları ilə gündəmə gələn Yamanın sərvəti 10 milyon dollar təşkil edir.

İkinci yerdə Meryem Üzərli qərarlaşıb. “Muhteşem Yüzyıl” serialındakı Hürrəm Sultan obrazı ilə yadda qalan Üzərlinin 10 milyon 260 min dollar sərvəti var.

Siyahının başında dayanan ad isə Kıvanç Tatlıtuğdur. Tatlıtuğun sərvəti 15 milyon dollardan çoxdur.

Xəbər lenti