Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 9 min 391,4 ton duru bitki yağları istehsal edilib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-cü ilin eyni dövrü ilə müqayisədə 30,2 % çoxdur.
Hesabat dövründə Azərbaycanda həmçinin 5 min 816,4 ton marqarin istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 42,8 % azdır.
Martın 1-nə ölkədə 2 min 727,7 ton duru bitki yağı, 1 min 398,3 ton isə marqarin ehtiyatı yaranıb. Bunlar, illik müqayisədə müvafiq olaraq 26,5 % və 4,1 dəfə azdır.
Hesabat dövründə Azərbaycanda 933,9 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 10,7 % çoxdur.