IMG-LOGO

Suriya ordusu Əl-Tənf bazasına PUA hücumunu dəf edib

28 Mar 2026 16:41 5 baxış
IMG

Suriya ordusunun bölmələri bu gün ölkənin cənubundakı Əl-Tənf hərbi bazasına pilotsuz uçuş aparatlarının hücumunu uğurla dəf edib.

"Report" xəbər verir ki, bu barədə SANA agentliyi Suriya Silahlı Qüvvələrinin operativ qərargahına istinadən məlumat yayıb.

"PUA-lar İraq ərazisindən buraxılıb və Suriya ordusunun Əl-Tənf bazasını hədəf alıb. Bu hadisə regionda, xüsusilə sərhəd bölgələrində təhlükəsizlik problemlərinin davam etdiyini göstərir" - məlumatda qeyd olunub.

Xəbər lenti