IMG-LOGO

Media: Təbrizə endirilən zərbələr nəticəsində 6 nəfər ölüb

23 Mar 2026 11:44 4 baxış
IMG

ABŞ və İsrailin zərbələri nəticəsində İranın Təbriz şəhərində altı nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Al-Jazeera" telekanalı Şərqi Azərbaycan əyalətinin böhranların idarə edilməsi üzrə baş direktoru Məcid Fərşiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Mərzdaran rayonunda evə endirilən zərbə nəticəsində 4 nəfər ölüb və 6 nəfər yaralanıb, daha 2 nəfər parkda həlak olub.

ABŞ və İsrail rəsmiləri də bu barədə şərh verməyiblər.

Xəbər lenti