IMG-LOGO

Huawei-dən qeyri-adi telefon – Ekranı genişdir, amma qatlanmır

21 Aug 2026 01:15 7 baxış
IMG
0 0

“Huawei” yeni “Pura X View” smartfonunu təqdim edib.

Lent.az xəbər verir ki, cihazın əsas xüsusiyyəti adi smartfonlardan xeyli geniş olan 6,39 düymlük OLED ekranıdır.

16:9.5 nisbətində olan ekran video izləmək, oyun oynamaq və mətn oxumaq üçün daha geniş görüntü sahəsi təqdim edir. “Huawei” bildirir ki, ekranın ümumi sahəsi bəzi 6,9 düymlük ənənəvi smartfonlardan belə böyükdür.

Smartfonun ekranı 2232×1320 piksel təsvir ölçüsünə, 6500 nitədək maksimal parlaqlığa və 2160 Hz PWM texnologiyasına malikdir. Ekranın gövdəyə nisbəti 96,1 faiz təşkil edir, çərçivələrin qalınlığı isə cəmi 1,05 mm-dir.

Maraqlıdır ki, geniş ekranına baxmayaraq, “Pura X View” qatlanan mexanizmdən istifadə etmir. Telefonun qalınlığı 6,68 mm, çəkisi isə 201 qramdır. Buna baxmayaraq, “Huawei” cihazı 7000 mAh tutumlu böyük batareya ilə təchiz edib.

Smartfon “HarmonyOS” 7.0 əməliyyat sistemi ilə təqdim olunur və 12 GB RAM, həmçinin 256 GB, 512 GB və 1 TB yaddaş variantlarına sahib olacaq.

“Huawei Pura X View” üçün ilkin sifarişlərin Çində avqustun 28-dən başlayacağı bildirilir, qiymət isə hələ açıqlanmayıb.

 

Huawei

Mənbə: lent.az

Xəbər lenti