Kürdəxanıda baş verən yanğın söndürülüb.
Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, yanğınsöndürənlər tərəfindən keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
*** 18:29
Bakıda yanğın başlayıb.
FHN Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yol kənarında tikinti materiallarının yanması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
HadisələrMənbə: lent.az