2025-ci ildə Azərbaycana Avropa ölkələrindən 223 486 turist səfər edib.
"Report"un əldə etdiyi məlumata görə, bu, 2024-cü illə müqayisədə 4,3 % çoxdur.
O cümlədən, hesabat dövründə Şərqi Avropa ölkələrindən Azərbaycana 111 040 turist gəlib. Bu da 1 il əvvələ nisbətən 3,4 % çoxdur.
Şərqi Avropa ölkələri arasında ən çox turist Ukraynadan gəlib - 37 221 nəfər. Bu, illik müqayisədə 3 % çoxdur.
Bundan əlavə, Belarusdan 26 312 nəfər (eyni qalıb), Polşadan 11 165 nəfər (+8,6 %), Macarıstandan 5 034 nəfər (+29 %), Moldovadan 4 791 nəfər (-2 %), Rumıniyadan 3 798 nəfər (+8,4 %), Çexiyadan 3 597 nəfər (+34,3 %), Litvadan 2 975 nəfər (-17,5 %), Bolqarıstandan 2 574 nəfər (-4,7 %) Latviyadan 2 398 nəfər (-12,7 %), Serbiyadan 2 215 nəfər (+4,2 %), Slovakiyadan 1 933 nəfər (-9,4 %), Estoniyadan 1 897 nəfər (+5,6), Xorvatiyadan 1 627 nəfər (+21,6 %), Sloveniyadan 889 nəfər (+31,7 %) Kiprdən 783 nəfər (-2,4 %), Bosniya və Hersoqovinadan 522 nəfər (-0,6 %), Monteneqrodan 512 nəfər (+33,3 %), Albaniyadan 403 nəfər (-12,8 %), Şimali Makedoniyadan 394 nəfər (+12,3 %), turist gəlib.
İl ərzində Qərbi Avropa ölkələrindən isə Azərbaycana 112 446 nəfər turist gəlib. Bu da əvvəlki ilə nisbətən 5,3 % çoxdur.
Qərbi Avropa ölkələri arasında ən çox turist 26 682 nəfər olmaqla Böyük Britaniyadan gəlib. Bu, 1 il əvvəllə müqayisədə 3,8 % çoxdur.
Bundan əlavə, Almaniyadan 24 140 nəfər (+11,1 %), İtaliyadan 15 445 nəfər (+13,7 %), İspaniyadan 7 637 nəfər (+0,5 %), Niderlanddan 7 775 nəfər (+27,5 %), Fransadan 7 400 nəfər (+ 0,5 %), Belçikadan 3 176 nəfər (+7,2 %), Avstriyadan 3 073 nəfər (+6,4 %), Portuqaliyadan 2 795 nəfər (+ 2 %), İsveçdən 2 564 nəfər (-22,7 %), İsveçrədən 2 451 nəfər (-2,8 %), Yunanıstandan 2 446 nəfər (+ 25,6 %), , İrlandiyadan 1 833 nəfər (-6,2 %), Norveçdən 1 559 nəfər (-24,1 %), Danimarkadan 1 409 nəfər (−28,1 %), Finlandiyadan 961 nəfər (-18,3 %), Lüksemburqdan 520 nəfər (+16,3 %), İslandiyadan 307 nəfər (-28,7 %), Maltadan 257 nəfər (-21,4 %), Andorradan 16 nəfər (-15,9 % ) turist gəlib.
2025-ci ildə Azərbaycana 189 ölkədən 2 milyon 570,2 min və yaxud 2024-cü illə müqayisədə 2,1 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.