Başqa ölkəyə müvəqqəti köç bəzən illərlə psixoterapiyaya bərabər ola bilər və həyatınızı, şəxsiyyətinizi kökündən dəyişdirə bilər.
Bir ay – demək olar ki, sehrli müddətdir. İlk 10 gün siz hələ turistsiniz. 20-ci gün yerli qaydalar və növbələr sizi əsəbiləşdirə bilər. 30-cu gün isə artıq sistemi başa düşür və “özünüzünkü” kimi hiss etməyə başlayırsınız.
Lent.az xarici mediaya istinadfən xəbər verir ki, başqa ölkədə ilk günlər adətən asan keçir: yeni yerlər, fərqli mühit, dəyişiklik hissi. Amma bir-iki həftədən sonra həyatın digər tərəfi üzə çıxır. Artıq kirayə, alış-veriş, nəqliyyat kimi məişət məsələləri ilə məşğul olmaq lazım gəlir və məhz bu mərhələdə başqa ölkədə real həyat təcrübəsi başlayır.
Birincisi, həyat ritmi fərqliliyi daha aydın hiss olunur. Bəzi ölkələrdə həyat daha yavaş, bəzilərində isə daha planlı və sürətli gedir. Bu isə öz tempinizi yenidən dəyərləndirməyə səbəb olur.
İkincisi, xaricdə həyatın idealizasiyası yox olur. Gözəl tərəflərlə yanaşı, çətinliklər də ortaya çıxır: bürokratiya, ünsiyyət problemləri, fərqli sosial qaydalar. Bu, ölkəyə daha obyektiv baxmağa imkan verir.
Üçüncüsü, insan öz ehtiyaclarını daha yaxşı anlayır. Əvvəllər önəmsiz görünən şeylər – məsələn, ünsiyyət tərzi, xidmət səviyyəsi və ya iqlim – birdən vacib olur.
Qısa müddətli yaşayış hər bir variantın sizə uyğun olub-olmadığını yoxlamağa imkan verir.
Başlamaq üçün yaxşı variantlar:
Portuqaliya (Lissabon və ya Laquş) – ilham üçün
Üstünlüklər: günəşli hava, yaxşı kofe, geniş ekspat icması
Büdcə: aylıq təxminən 1200–1500 avro
Polşa (Krakov və ya Vrotslav) – komfort üçün
Üstünlüklər: uyğunlaşma asanlığı, təhlükəsizlik, inkişaf etmiş infrastruktur
Büdcə: aylıq 900–1200 avro
Türkiyə (Kaş və ya Antalya) – estetika üçün
Üstünlüklər: dəniz, ucuz məhsullar, qonaqpərvərlik
Büdcə: aylıq 700–1000 dollar
Bu nə qədər xərcə başa gəlir
Avropada bir aylıq yaşam xərcləri adətən 800–2500 avro arasında dəyişir. Asiyada isə bu rəqəm təxminən 600–1200 dollar təşkil edir.
səyahət başqa ölkədə yaşamaq