IMG-LOGO

Kim Çen In yenidən KXDR-də dövlət işləri üzrə sədr təyin edilib

23 Mar 2026 05:48 3 baxış
IMG

Şimali Koreya lideri Kim Çen In yenidən dövlət işləri üzrə sədr təyin edilib.

"Report" xəbər verir ki, bu barədə "KCNA" məlumat yayıb.

Qeyd olunur ki, ölkədə Ali Xalq Məclisinin ilk sessiyası baş tutub.

Pxenyanda keçiriləcən görüşdə sosialist konstitusiyasına əlavə və dəyişikliklər, eləcə də Dövlət Şurasının sədrinin və digər aparıcı dövlət orqanlarının seçilməsi məsələləri də müzakirə olunub.

Şimali Koreyanın rəsmi siyasətini müəyyən edən parlamenti olan Ali Xalq Məclisi, adətən, hakim İşçi Partiyasının qurultayından sonra partiya qərarlarına qanun qüvvəsi vermək üçün toplaşır.

Xəbər lenti