İsrailin Baş naziri Benyamin Netanyahu dünya liderlərini İsrail ilə ABŞ-nin İrana qarşı hərbi əməliyyatına qoşulmağa çağırıb.
"Report" xəbər verir ki, o, bunu Arad şəhərinə səfərində bildirib.
"Onları dayandırmaq lazım olduğuna dair sizə daha hansı sübutlar lazımdır?" - Netanyahu deyib.
Onun sözlərinə görə, İsrail və ABŞ artıq birgə fəaliyyət göstərir və digər ölkələrin də onlara qoşulmaq vaxtı çatıb.