IMG-LOGO

ABŞ hakimiyyəti Harvard Universitetinə qarşı təzyiqi artırır

20 Mar 2026 21:50 2 baxış
IMG

Tramp administrasiyası Harvard Universitetinə qarşı təzyiqi artıraraq, yəhudi və israilli tələbələri qorumadığına görə Sarmaşıq Liqası məktəbini milyardlarla dollarlıq məhkəməyə verib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, artıq Harvard özünü prezidentin Amerikanın ən böyük universitetlərini siyasətlərini dəyişdirməyə məcbur etmək məqsədi daşıyan kampaniyasının mərkəzində tapıb.

Tramp onları iddia edilən antisemitizm və "radikal sol" ideologiyalarına görə tənqid edərək, federal maliyyələşdirməni dayandırmaq və ya geri çəkməklə hədələyib.

Bostondakı federal məhkəməyə təqdim edilən iddiada ABŞ Ədliyyə Nazirliyi bildirib ki, Harvard kampusdakı düşmənçilik mühitinə qəsdən laqeydlik göstərməyə davam edir və yəhudilər və ya israillilər hədəf alındıqda daxili universitet siyasətini tətbiq etməkdən qəsdən imtina edir.

"Bu, Harvardın yəhudi və İsrail icmasına laqeydliyin təsadüfi olmadığını aydın şəkildə göstərir. Onlar qəsdən kənarlaşdırılır və təhsil imkanlarına bərabər çıxışdan məhrum edilirirlər", - deyə iddia ərizəsində bildirilir.

Xəbər lenti