Azərbaycan Basketbol Liqasında XIX tur bu gün keçiriləcək 1 oyunla başa çatacaq.
"Report" xəbər verir ki, son qarşılaşma A qrupunda NTD "və "Şəki" basketbolçuları arasında oynanılacaq.
Bakı İdman Sarayında reallaşacaq matç saat 17:00-da başlayacaq.
Hər iki kollektivin 20 xalı var. Turnir cədvəlində NTD beşinci, "Şəki" isə sonuncu - altıncıdır.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Ordu" "Sumqayıt"ı (121:98), "Naxçıvan" "Sərhədçi"ni (83:67), "Quba" "Lənkəran"ı (95:88), "Abşeron Lions" "Neftçi"ni (107:87), "Sabah" isə "Gəncə"ni (87:73) üstələyib.