IMG-LOGO

Tokioda yakudza üzvləri 2,7 milyon dollarlıq soyğunçuluq işi üzrə saxlanılıb

15 Mar 2026 08:36 3 baxış
IMG

Tokio Polisi Yaponiya paytaxtında nağd pul daşıyanları soymaqda şübhəli bilinən yeddi nəfəri, o cümlədən "Yakudza" mafiyasının üzvlərini həbs edib.

"Report" "Kyodo"ya istinadən xəbər verir ki, hücum yanvarın 29-da axşam baş verib.

İstintaqın məlumatına görə, cinayətkarlar avtomobilə təxminən 420 milyon yen (təxminən 2,7 milyon dollar) məbləğində nağd pul olan üç çamadanı yükləyən inkassatora hücum ediblər. Cinayətkarlar gözyaşardıcı qaz səpiblər, pulu oğurlayıblar və cinayət ortaqlarının sürdüyü avtomobillə ərazidən uzaqlaşaraq gizləniblər.

Onlar qaçarkən təsadüfən avtomobillə bir piyadanı da vurublar.

Saxlanılanlar arasında Yaponiyanın ən böyük mafiya sindikatı olan "Yamaquti-qumi"nin 21 yaşlı üzvü var. Polis şübhəlilərin eyni gün Haneda hava limanının beynəlxalq terminalının dayanacağında baş verən başqa soyğunçuluq cəhdində iştirakını da araşdırır. Cinayətkarlar pul daşıyıcılarına hücum ediblər, lakin vəsaiti oğurlaya bilməyiblər.

Xəbər lenti