IMG-LOGO

İran dronu Əbu-Dabidə neft emalı zavoduna hücum edib

15 Mar 2026 04:17 3 baxış
IMG

İranın pilotsuz təyyarəsi Əbu-Dabi Əmirliyinin (BƏƏ) Ər-Ruvays sənaye şəhərindəki neft emalı zavoduna hücum edib.

"Report"un məlumatına görə, bu barədə Əbu-Dabi hökuməti xəbər verib.

Hücum nəticəsində obyektdə yanğın baş verib, xilasetmə xidmətləri yanğını nəzarət altına alıb. Yanğınsöndürənlər yanğını tam söndürmək üçün işləri davam etdirirlər.

Xəsarət alan yoxdur.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Xəbər lenti