IMG-LOGO

Azərbaycanın qadın basketbol millisi səfərdə Monteneqro yığmasına uduzub

14 Mar 2026 22:15 3 baxış
IMG

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

"Report" xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv səfərdə Monteneqro ilə üz-üzə gəlib.

Matç rəqibin 94:35 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan yığması daha əvvəl Bolqarıstana hər iki oyunda (48:141, 40:120), Monteneqroya (62:104) və Ukraynaya (34:98) məğlub olub.

Qeyd edək ki, yığma martın 17-də Bakıda Ukrayna ilə qarşılaşacaq.

Xəbər lenti