IMG-LOGO

Livanın Səhiyyə Nazirliyi: İsrailin zərbələri nəticəsində ölən tibb işçilərinin sayı 26 nəfərə çatıb

14 Mar 2026 17:35 4 baxış
IMG

İsrailin Livana endirdiyi zərbələr nəticəsində həlak olan tibb işçilərinin sayı 26-ya çatıb, 50-dən çoxu isə yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

"Martın 2-dən bu günədək həlak olan tibb işçilərinin ümumi sayı 26-ya çatıb, 51 nəfər isə yaralanıb", - bəyanatda deyilir.

Cümə günündən şənbə gününə keçən gecə İsrailin Livanın cənubundakı tibb mərkəzinə endirdiyi zərbə nəticəsində 12 tibb işçisi həlak olub.

Xəbər lenti