ABŞ Prezidenti Donald Tramp ABŞ-yə məxsus beş yanacaqdolduran təyyarənin zədələndiyi barədə KİV-in məlumatını təkzib edib.
"Report" xəbər verir ki, o bu barədə "Truth social" şəbəkəsində yazıb.
"Saxta xəbərlərdə yenə də guya Səudiyyə Ərəbistanındakı hava limanında vurulmuş və daha istifadə olunmayan beş yanacaqdolduran təyyarə haqqında qəsdən çaşdırıcı başlıqlar peyda olub. Əslində, bir neçə gün əvvəl bazaya zərbə endirilib, lakin təyyarələr "vurulmayıb" və ya "məhv edilməyib". Beş təyyarədən dördü, demək olar ki, zədələnməyib və artıq istismardadır", - o qeyd edib.