IMG-LOGO

Sabahdan hava kəskin SOYUYUR: martın ortasında güclü qar XƏBƏRDARLIĞI

14 Mar 2026 17:09 3 baxış
IMG
0 0

Sabahdan ölkədə hava dəyişir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata əsasən, martın 15-i Azərbaycanın qərb rayonlarından başlayaraq 18-dək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var.   Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Hava proqnozu

Xəbər lenti