IMG-LOGO

Kats: İrana qarşı müharibə lazım olduğu qədər davam edəcək

14 Mar 2026 15:16 4 baxış
IMG

İrana qarşı müharibə lazım olduğu qədər davam edəcək həlledici mərhələyə qədəm qoyur.

"Report" xəbər verir ki, bu barədə İsrail KİV-i ölkənin müdafiə naziri İsrael Katsın bəyanatına istinadən məlumat yayıb.

Qeyd edilir ki, Kats bu gün səhər İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir və ali hərbi komandanlıqla görüş keçirib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Xəbər lenti