IMG-LOGO

Cəbrayılın Horovlu kəndində əmək yarmarkası keçiriləcək

14 Mar 2026 12:16 5 baxış
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi və "Azfen" MMC-nin birgə təşkilatçılığı ilə Cəbrayıl rayonunun Horovlu kəndində əmək yarmarkası keçiriləcək.

Bu barədə "Report"a ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, aktiv məşğulluq tədbiri martın 16-sı saat 10:00-da Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Cəbrayıl rayonunun Horovlu kəndində yerləşən inzibati ofisində keçiriləcək.

Yarmarkada konstruksiya quraşdırıcısı və elektrik üzrə vakansiyalar təqdim olunacaq.

Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.

Xəbər lenti