IMG-LOGO

Kino Agentliyinin baş direktoru: Müsabiqədə qalib olmayanların narazı qalması, etiraz etməsi təbii haldır

19 Feb 2026 17:47 2 baxış
IMG

Müsabiqələrdə qalib olmayan şəxslərin narazı qalması çox təbii bir haldır.

Bunu "Report"a müsahibəsində Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktoru Rəşad Əzizov deyib.

Onun sözlərinə görə, ümumilikdə müsabiqə çox çətin və mürəkkəb bir prosesdir:

"Burada əsas məqsəd keyfiyyətli filmin istehsalı, eyni zamanda daha çox və fərqli şirkətlərin cəlb edilməsi, o cümlədən onların fəaliyyətinin stimullaşdırılmasıdır. Keçirilən müsabiqələr müxtəlif istiqamətlər, janr və kateqoriyalarda olur. Kino sənayesinin dəstəklənməsi istiqamətində bu mexanizm şəffaflığı tam təmin edir. Müsabiqələrdə qalib olmayan şəxslərin narazı qalması çox təbii bir haldır. Yaradıcı insan narazı qala bilər, etiraz edə bilər".

Baş direktor onu da qeyd edib ki, Kino Agentliyinin bu prosesdə əsas məqsədi müsabiqənin davamlı keçirilməsi prinsipinin qorunmasıdır:

"Məhz bu yol hər kəsin prosesə cəlb edilməsinə yenidən şərait yaradır. Ona görə də müsabiqə yolu ilə seçilmiş filmlərin istehsalatına dəstək ildən ilə artır".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Xəbər lenti