IMG-LOGO

"Axios": İsrail Livanda quru əməliyyatının miqyasını genişləndirmək niyyətindədir

14 Mar 2026 08:04 2 baxış
IMG

İsrail rəhbərliyi Livan ərazisində "Hizbullah" qruplaşmasına qarşı yönəlmiş quru hərbi əməliyyatlarının miqyasını əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırır, Vaşinqton da bu niyyətləri dəstəklədiyini bildirir.

"Report" xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail Litani çayından cənubdakı bütün ərazi üzərində nəzarəti bərqərar etmək və "Hizbullah"ın hərbi infrastrukturunu məhv etmək məqsədilə Livana quru müdaxiləsinin miqyasını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.

"Biz Qəzza zolağında necə hərəkət etmişiksə, elə də hərəkət edəcəyik", - israilli rəsminin sözlərindən sitat gətirilib. "Bu cür miqyas və əhatə dairəsinə malik əməliyyat İsrail tərəfindən Livanın cənub rayonlarının uzunmüddətli işğalına səbəb ola bilər", - nəşr qeyd edib.

"[ABŞ Prezidenti Donald] Trampın administrasiyası İsrailin "Hizbullah"ın tərksilah edilməsi məqsədi daşıyan genişmiqyaslı əməliyyat keçirməsinə dəstək verir, lakin paralel olaraq Livan ərazisində dağıntıların minimuma endirilməsində israrlıdır və müharibədən sonrakı razılaşmanın hazırlanması üçün İsraillə Livan arasında birbaşa dialoqun başlamasına çalışır", - nəşr dəqiqləşdirib.

Portalın məlumatına görə, İsrail rəhbərliyi səylərini İranla hərbi qarşıdurmaya yönəltmək niyyətində olduğu üçün əvvəlcə bu qədər böyük miqyaslı əməliyyat planlaşdırmamışdı. Lakin mənbələrin məlumatına görə, "Hizbullah"ın İsrail ərazisinə raket zərbəsi endirməsindən sonra bu planlara yenidən baxılıb.

Xəbər lenti