Onlarla Ali Rada üzvü deputat səlahiyyətlərinə xitam verilməsi barədə ərizə təqdim edib.
"Report" UNİAN-a istinadən xəbər verir ki, bu barədə xalq deputatı Aleksandr Yurçenko "Novini.Live" efirində bildirib.
"Mənə məlumdur ki, [Ali Radanın] onlarla deputatı artıq ərizə verib, getmək, mandatdan imtina etmək istəyir, onlarla, təxminən 50-60 nəfər", - deyə agentlik parlamentarinin sözlərini çatdırıb.
Söhbətin hakim "Xalqın xidmətçisi" Partiyasının nümayəndələrindən gedib-getmədiyi ilə bağlı dəqiqləşdirici suala Yurçenko təsdiqləyici cavab verib.
Deputatın sözlərinə görə, səbəblər, ehtimal ki, parlamentin uzun kadensiyası, yorğunluq və 50 min qrivna (1,1 min ABŞ dollarından çox - red.) məbləğindəki aşağı maaşdır.