IMG-LOGO

Tramp ABŞ və İsrailin İrana qarşı əməliyyatda məqsədlərinin fərqli ola biləcəyini istisna etməyib

14 Mar 2026 04:49 2 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp İrana qarşı əməliyyatda ABŞ və İsrailin məqsədlərinin fərqli ola biləcəyini istisna etməyib.

"Report"un məlumatına görə, Tramp bu barədə jurnalistlərin "ABŞ və İsrailin qarşıya qoyduğu məqsədlər eynidirmi?" sualına cavab verərkən deyib.

"Düşünürəm ki, onlar bir az fərqli ola bilər", - deyən Tramp bu fərqlərin nədən ibarət olduğuna aydınlıq gətirməyib.

Bununla belə, ABŞ Prezidenti Pentaqonun İrana qarşı əməliyyatının qrafiki qabaqladığını vurğulayıb:

"Əməliyyatın [nə qədər davam edəcəyini] deyə bilmərəm. Yəni mənim öz təsəvvürüm var, amma bunun nə əhəmiyyəti var. Nə qədər lazımdırsa, o qədər də davam edəcək. Sizə vaxt açıqlamayacağam. Lakin biz qrafiki çox qabaqlayırıq".

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. SEPAH İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatına başladığını açıqlayıb.

Xəbər lenti