IMG-LOGO

Pakistan hərbçiləri paytaxt bölgəsində iki dron zərərsizləşdiriblər

14 Mar 2026 02:08 3 baxış
IMG

Pakistan Silahlı Qüvvələri ölkənin paytaxtı İslamabadla qonşuluqda yerləşən Ravalpindi şəhəri yaxınlığında iki pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

"Report" xəbər verir ki, bu barədə "Dawn" qəzeti güc strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.

Mövcud məlumatlara görə, hər iki dron radioelektron mübarizə sistemlərinin köməyi ilə zərərsizləşdirilib. PUA-nın düşməsi nəticəsində xəsarət alan olmayıb və hər hansı dağıntı qeydə alınmayıb.

Qəzetin həmsöhbətləri bildiriblər ki, paytaxt rayonu üzərindəki hava məkanı bir müddətlik bağlanıb, lakin məhdudiyyətlər operativ şəkildə ləğv edilib. Pakistan Hava Limanları İdarəsi bəyan edib ki, İslamabad Beynəlxalq Hava Limanı adi rejimdə fəaliyyət göstərir, aviareyslər isə cədvələ uyğun həyata keçirilir.

Bundan əvvəl Əfqanıstan Müdafiə Nazirliyi İslamabaddakı hərbi obyektə hava zərbələri endirildiyini bəyan etmişdi.

Xəbər lenti