IMG-LOGO

Almaniyalı güləşçi Luis Loy: "Azərbaycan çempionu Sakit Quliyevi çox bəyənirəm"

13 Mar 2026 21:04 7 baxış
IMG

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında iştirak edən ​Almaniyanın yunan-Roma güləşi yığmasının üzvü Luis Loy vaxtilə komanda yoldaşı olmuş Sakit Quliyevi (63 kq) çox bəyənir.

​Bu barədə idmançı "Report"un yarışa ezam olunan əməkdaşına açıqlamasında bildirib.

O, Azərbaycan idmançısı ilə Almaniyada komanda yoldaşı olduğunu söyləyib:

​"Azərbaycan idmançılarından Sakit Quliyevi tanıyıram. O, ölkə çempionudur. Biz onunla Almaniya Güləş Liqasında eyni komandada çıxış etmişik. Çox yaxşı idmançıdır, onu bəyənirəm. Digər azərbaycanlı güləşçilərlə qarşılaşmamışam".

​O, turnirdəki şanslarını dəyərləndirib:

​"1/4 finalda Belarus idmançısına uduzdum. İndi ümid edirəm ki, o, yarımfinalda qalib gələr və mən təsəlliverici görüşlərə qatılaram. Düşünürəm ki, hələ də mükafatçı olmaq şansım var".

Xəbər lenti