IMG-LOGO

Fərid Sadıqlı Avropa çempionatının finalına vəsiqə qazanıb

13 Mar 2026 19:59 2 baxış
IMG

Azərbaycanın yunan-Roma güləşçisi Fərid Sadıqlı (55 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatının finalına vəsiqə qazanıb.

"Report"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, o, yarımfinalda gürcüstanlı Koba Karumidzeni texniki qələbə ilə məğlub edib.

Qeyd edək ki, Avropa çempionatına martın 15-də yekun vurulacaq.

Xəbər lenti