IMG-LOGO

Tbilisidə Arif Hüseynovun "Novruzun naxışları" adlı fərdi sərgisi açılacaq

13 Mar 2026 19:40 3 baxış
IMG

Tbilisidə tanınmış Azərbaycanın xalq rəssamı Arif Hüseynovun "Novruzun naxışları" adlı fərdi sərgisi keçiriləcək.

Bu barədə "Report"un Gürcüstan bürosuna Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktor müavini Leyla Əliyeva məlumat verib.

Bildirilib ki, sərginin açılışı 16 mart 2026-cı il tarixində saat 19:00-da Tbilisidə yerləşən muzeyin qalereyasında baş tutacaq. Bu, professor Arif Hüseynovun Tbilisidə keçirilən ilk fərdi sərgisi olacaq.

Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gürcüstan Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi, Palazzo Mandrili-Azərbaycan-İtaliya Qalereyası və Bakı İncəsənət Qalereyasınin dəstəyi ilə təşkil olunur.

Qeyd olunub ki, tədbir baharın gəlişinin və yenilənmənin rəmzi olan Novruz bayramı çərçivəsində keçiriləcək. Sərgidə rəssamın milli folkloru, zəngin mədəni irsi və müasir bədii ənənələri əks etdirən yeni və klassik əsərləri nümayiş olunacaq.

Qeyd edək ki, bundan əvvəl də Gürcüstanın Bolnisi şəhərində yerləşən Bolnisi Muzeyində Arif Hüseynovun "Zamanın ilmələri" layihəsi çərçivəsində hazırladığı əsərlərdən ibarət sərgi təqdim olunub.

Xəbər lenti