IMG-LOGO

İran İsrail ərazisinə yeni raket hücumu həyata keçirib

12 Mar 2026 09:16 6 baxış
IMG

İsrail Müdafiə Ordusu İrandan İsrail ərazisinə doğru növbəti raket atışını qeydə alıb.

"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti teleqramda bəyanat yayıb.

"İsrail ordusu İrandan ölkə ərazisinə doğru buraxılmış raketləri aşkar edib", - bəyanatda qeyd olunub.

Qurumdan əlavə ediblib ki, hava hücumundan müdafiə sistemləri raketlərin qarşısının alınması üzərində işləyir.

Bildirilib ki, müvafiq rayonların sakinlərinin telefonlarına xəbərdarlıqlar göndərilib və əhali təhlükəsiz yerlərdə sığınmağa çağırılıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Xəbər lenti