IMG-LOGO

Azərbaycan Basketbol Liqasında XIX turun oyunlarına start verilir

12 Mar 2026 09:33 7 baxış
IMG

Azərbaycan Basketbol Liqasında XIX tura bu gün start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə B qrupunun iki qarşılaşması keçiriləcək.

"Sumqayıt" "Ordu"nu, "Naxçıvan" "Sərhdəçi"ni qəbul edəcək. Hər iki matç saat 19:00-da start götürəcək.

Görüşlərdən biri Sumqayıt Olimpiya İdman Kompleksində, digəri Bakı İdman Mərkəzində baş tutacaq.

Qeyd edək ki, XIX tura martın 15-də yekun vurulacaq.

Xəbər lenti