IMG-LOGO

ABŞ Aİ, Çin və bir sıra digər ölkələrə qarşı ticarət araşdırmalarına başlayıb

12 Mar 2026 08:42 9 baxış
IMG

Vaşinqton administrasiyası Avropa İttifaqı (Aİ), Çin və Hindistan da daxil olmaqla bir neçə ölkəyə qarşı ticarət araşdırmalarına başlayıb.

"Report"un məlumatına görə, bu barədə ABŞ-nin danışıqlardakı ticarət nümayəndəsi aparatının açıqlamasında bildirilib.

Araşdırmalar Vaşinqtonun istehsal sənayesində "artıq istehsal gücü" səbəb olduğuna və ABŞ ticarətinə maneələr yaratdığına inandığı qaydalar, siyasətlər və təcrübələrlə bağlıdır.

ABŞ-nin danışıqlardakı ticarət nümayəndəsi Ceymison Qrir bildirib ki, Birləşmiş Ştatların bir çox ticarət tərəfdaşları ölkələrin daxilində istehlak edə biləcəklərindən daha çox mal istehsal edir.

O vurğulayıb ki, bu cür həddindən artıq istehsal ABŞ-də daxili istehsalı pozur və Amerika sənayesinə investisiya qoyuluşuna mane olur.

Araşdırmalar ABŞ Prezidentinə milli ticarətə zərər verən məhdudiyyətlərə qarşı tədbir görməyə imkan verən 1974-cü ilin "Ticarət haqqında" Qanununun 301-ci maddəsi çərçivəsində aparılır.

Aİ, Çin və Hindistandan əlavə, araşdırma Banqladeş, Vyetnam, İndoneziya, Kamboca, Cənubi Koreya, Malayziya, Meksika, Norveç, Sinqapur, Tailand, İsveçrə, Yaponiya və Tayvanı da əhatə edəcək.

Xəbər lenti