Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə Qüvvələri İrandan Şeyba neft yatağına doğru atılan iki döyüş dronunu vurub.
"Report"un məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi xəbər verib.
Nazirliyin açıqlamasında qeyd olunur ki, iki döyüş PUA-sı dünyanın ən böyük neft yataqlarından birinə doğru atıldıqdan sonra Rub əl-Xali səhrasında məhv edilib.