IMG-LOGO

Tramp: ABŞ İrana qarşı hərbi əməliyyatları dərhal dayandırmaq niyyətində deyil

12 Mar 2026 06:28 2 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun İrana qarşı hərbi əməliyyatlarını dayandırmaq üçün təcili planı yoxdur.

"Report"un məlumatına görə, o, bu barədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Amerika lideri İslam Respublikasının hərbi potensialını əhəmiyyətli dərəcədə itirdiyini iddia edib.

"Bu, əməliyyatı dərhal dayandıracağımız anlamına gəlmir", - Tramp qeyd edib.

Onun sözlərinə görə, ABŞ-nin əsas məqsədi mümkün qədər tez qələbə qazanmaqdır. "Əsas məsələ qalib gəlməyimizdir. Tez qalib gəlməliyik", - ABŞ Prezidenti əlavə edib.

Xəbər lenti