IMG-LOGO

ÜST: Yaxın Şərqdə eskalasiya başlayandan bəri 1 800-dən çox insan ölüb

12 Mar 2026 05:31 2 baxış
IMG

Yaxın Şərqdə münaqişənin eskalasiyası başlayandan bəri İran, Livan və İsraildə 1 800-dən çox insan ölüb, azı 12 500 nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

Onun sözlərinə görə, İranda 1 300-dən çox insan ölüb, daha 9 000 nəfər yaralanıb.

Livanda azı 570 nəfər ölüb, 1 400-dən çox insan yaralanıb. İsraildə 15 nəfər ölüb, 2 142 nəfər xəsarət alıb.

ÜST-ün baş direktoru həmçinin səhiyyə müəssisələrinə hücumların artdığını bildirib. Onun sözlərinə görə, 28 fevraldan bəri İranda səhiyyə müəssisələrinə 18, Livanda 25, İsraildə iki hücum qeydə alınıb.

Qebreyesus vurğulayıb ki, bu cür zərbələr təkcə ölümlərə səbəb olmur, həm də əhalini həyati əhəmiyyətli tibbi yardımdan məhrum edir.

Xəbər lenti