IMG-LOGO

AP üzvü həmkarlarına irad bildirib: 2008-ci ildə Gürcüstana hücum olunanda harada idiniz

12 Mar 2026 04:44 5 baxış
IMG

Avropa Parlamentinin (AP) üzvü Kristian Teres bildirib ki, Gürcüstan məsələsi AP-də müzakirə olunarkən əsasən tənqidlər səsləndirilir və bu yanaşma ölkəyə kömək etmir.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Avropa Parlamentinin üzvü bu fikirləri "Elene Xoştariya işi və "Gürcü Arzusu" hökumətinin siyasi məhbusları" mövzusunda keçirilən debatda səsləndirib.

K.Teres qeyd edib ki, Gürcüstanın tənqid olunmasının səbəbi kimi tez-tez gürcü xalqının müəyyən bir hökuməti seçməsi göstərilir.

"2019-cu ildən bəri, mənim Avropa Parlamentində üzv olduğum dövrdən etibarən, hər dəfə Gürcüstan müzakirə olunanda ancaq ölkəni tənqid edirik. Biz tənqid edirik, çünki Gürcüstan xalqı müəyyən bir hökuməti seçib və ya bu və ya digər siyasi yolu tutur", - o deyib.

Deputat həmçinin 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı beynəlxalq ictimaiyyətin real addımlarının məhdud olduğunu xatırladıb.

"2008-ci ildə Gürcüstana hücum ediləndə harada idiniz? O vaxt bir çox parlamentlər tərəfindən qətnamələr qəbul olundu, bundan başqa nə etdik?" - Teres vurğulayıb.

O, həmkarlarını Gürcüstan hökuməti ilə dialoqu dayandırmamağa çağırıb. K.Teres bildirib ki, problemlərin həlli üçün tərəflər arasında əlaqələrin davam etdirilməsi vacibdir.

Xəbər lenti