IMG-LOGO

Azərbaycanın daha bir güləşçisi Serbiyada Avropa çempionatının gümüş medalını qazanıb

11 Mar 2026 23:07 5 baxış
IMG

Azərbaycanın daha bir sərbəst güləşçisi Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında gümüş medal qazanıb.

"Report"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, Yusif Dursunov (125 kq) ikinci yeri tutub.

O, finalda rusiyalı Habib Davudqadjiyevə uduzub.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Ali Tsokayev (92 kq) Avropa çempionu olub, Ceyhun Allahverdiyev (61 kq), Vasif Bağırov (57 kq), Səbuhi Əmiraslanov (79 kq) gümüş, Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) bürünc medal qazanıblar.

Avropa çempionatına martın 15-də yekun vurulacaq.

Xəbər lenti