IMG-LOGO

Musa Ağayev: "Finala çıxa bilərdim, səhvlərim çox oldu"

11 Mar 2026 22:49 6 baxış
IMG

Serbiyada keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanan Azərbaycan güləşçisi Musa Ağayev finala səhvlərinin çox olması səbəbindən çıxa bilməyib.

​"Report" xəbər verir ki, güləşçi bu barədə jurnalistlərə açıqlamasında deyib.

O, yarışla bağlı təəssüratlarını bölüşüb: "Yarış yaxşı keçdi. Qızıl medal qazana bilərdim, səhvlərim çox oldu. Erməni rəqibimin üzərində son saniyələrdə qələbə qazandım. Sevinirəm ki, Vətənə medalsız qayıtmadım".

M.Ağayev qarşıdakı hədəflərindən də danışıb: "Hədəfim Los-Ancelesdə keçiriləcək olimpiadaya daha yaxşı hazırlaşıb, qızıl medalı əldə etməkdir".

Xəbər lenti