IMG-LOGO

Paşinyan: Azərbaycandan yanacaq idxalı qiymətləri aşağı salıb və bazarda monopoliyanı "sındırıb"

11 Mar 2026 17:59 4 baxış
IMG

Ermənistan artıq Azərbaycanda hasil olunan nefti idxal edir ki, bu da bazarda yanacaq qiymətlərinin aşağı düşməsinə və onilliklər boyu mövcud olan monopoliyaların "sınmasına" gətirib çıxarıb.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Avropa Parlamentində çıxış edərkən bəyan edib.

Paşinyan ümid etdiyini bildirib ki, yaxın gələcəkdə Azərbaycan da Ermənistan üçün ixrac istiqamətinə çevriləcək.

"Mən həmçinin Gürcüstanın Baş nazirinə Ermənistan və Azərbaycan arasında dəmiryol əlaqəsinə və ümumilikdə sülh prosesinə dəstəyə görə təşəkkür etmək istərdim", - o qeyd edib.

Xəbər lenti