Yaxın Şərqdə hərbi eskalasiyanın ilk günlərində Dubay şəhərində xəsarət almış və xəstəxanaya yerləşdirilmiş Azərbaycan Respublikası vətəndaşının müalicəsi yekunlaşıb və o, bu gün xəstəxanadan buraxılıb.
Bu barədə Lent.az-a Azərbaycanın Dubay şəhərindəki Baş konsulluğundan məlumat verilib.
Bildirilib ki, Dubay şəhərindəki Baş konsulluğumuz vətəndaşımızı və ailə üzvünü hava limanına yola salıb.
"Vətəndaşın bu gün Dubay şəhərindən müntəzəm reyslə ölkəmizə geri qayıdışı nəzərdə tutulur", - qeyd olunub.
Qeyd edək ki, Sərxan adlı Azərbaycan vətəndaşı martın 2-də İranın Birləşmiş Ərəb Əmirliyinə raket hücumu zamanı yaralanıb.
İsrail-İran müharibəsi ABŞ-İran müharibəsi Dubayda yaralanan azərbaycanlı