Noyabrın 26-na keçən gecə Moskvada hava hücumundan müdafiə sistemləri Naro-Fominsk və Odintsovo şəhər rayonunda pilotsuz təyyarələrin kütləvi hücumunun qarşısını alıb.
Lent.az-ın məlumatına görə, bu barədə paytaxt meri Sergey Sobyanin özünün Telegram kanalında məlumat verib. "Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya doğru uçan PUA-nı vurub", - mer yazıb.
Sobyaninin sözlərinə görə, Bryansk, Tula və Kaluqa vilayətlərində pilotsuz uçuş aparatlarını (PUA) vaxtında aşkarlamaq və məhv etmək mümkün olub.
“Tələfat və ya ciddi dağıntı olmayıb”, - mer qeyd edir.
Merin sözlərinə görə, dronların daha da müəyyənləşdirilməsi üzrə işlər davam edir. Hazırda fövqəladə hallar xidmətinin əməkdaşları PUA-nın dağıntılarının düşdüyü yerlərdə işləyir.