IMG-LOGO

İran Yaxın Şərqdəki bank və maliyyə qurumlarını hədəf elan edib

11 Mar 2026 12:35 4 baxış
IMG

İran Yaxın Şərq ölkələrindəki bankları və maliyyə qurumlarını öz legitim hədəfi elan edib.

"Report" Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, bu bəyanatla İranın Birləşmiş Hərbi Komandanlığı çıxış edib.

Məlumata görə, qərar İsrail-ABŞ hava zərbələri nəticəsində Tehranda bank əməkdaşı ilə bağlı insidentin fonunda qəbul edilib. Zərbələr ABŞ və İsraillə əlaqəli maliyyə qurumlarına və banklara endiriləcək.

"Bu qeyri-qanuni və qeyri-ənənəvi müharibə aktı ilə düşmən bizə zərbələr endirmək üçün yaşıl işıq yandırıb", - bəyanatda deyilir.

Hərbçilər öz bəyanatlarında həmçinin mülki əhalini bu cür qurumların bir kilometr radiusunda olmamağa çağırıblar.

Xəbər lenti