Londonun ICE birjasında 2026-cı ilin may ayı üçün "Brent" markalı neftin fyuçersinin qiyməti 2,5 % artıb.
"Report" xəbər verir ki, bunu ticarət məlumatları təsdiqləyir.
Hazırda "Brent" 1 barel üçün 89,99 ABŞ dolları (+2,49 %) səviyyəsində ticarət olunur.
Eyni zamanda, 2026-cı ilin aprel ayı üçün "WTI" markalı neftin fyuçersinin qiyməti 2,65 % artaraq 1 barel üçün 85,66 ABŞ dolları təşkil edib.