Livanın paytaxtı Beyrutda üçmərtəbəli binanın çökməsi nəticəsində biri uşaq olmaqla azı dörd nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə Milli Xəbər Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, dağıntı altında 17 nəfər qalır. İndiyədək beş nəfər qalıqlar altından sağ çıxarılıb.
Bildirilib ki, sözügedən bina köhnədir və son günlər yağan güclü yağışlar binanın fundamentinin sürüşməsinə və divarlarının uçmasına səbəb olub.
Ərazidə axtarış-xilasetmə əməliyyat davam etdirilir.
Bizim WhatsApp kanalımıza abunə olun