IMG-LOGO

Cənubi Sendviç adalarının sahilində güclü zəlzələ olub

20.02.2024 02:39 47 baxış
IMG

Cənubi Sendviç adaları bölgəsində 5,1 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidmətinin verilənlərindən məlum olub.

Böyük Britaniyaya məxsus Cənubi Corciya və Cənubi Sendviç adalarının akvatoriyasında yerli vaxtla 18:01-də qeydə alınmış yeraltı təkanların episentri 26,1 dərinlikdə olub.

Dağıntı və ya sunami təhlükəsi elan olunmayıb.

Qeyd edək ki, sözügedən adalar qrupu Atlantik okeanın cənubunda, Amerika qitəsinin yaxınlığında yerləşir. Cənubi Corciya və Cənubi Sendviç adaları Birləşmiş Krallığın Argentina ilə mübahisə edilən Folklend adalarının asılı ərazisidir.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti